“Yaponçik”in qətli ilə bağlı yeni gəlişmələr – Biznesmen həbs edildi

DÜNYA
19:44 / 09.05.2020
2107

Kriminal dünyanın əfsanəsi hesab edilən “Yaponçik” ləqəbilə tanınan “oğru” Vyaçeslav İvankovun qətlinə görə daha bir nəfər həbs edilib.

Rusiya KİV-i xəbər verir ki, həbs edilən şəxs biznesmen Cambul Canaşiyadır. Rusiya İstintaq Komitəsi hesab edir ki. Cambul Canaşiya “Yaponçik”ə qarşı düzənlənən sui-qəsdin fəal iştirakçılarından olub. O həm də qanunsuz silah gəzdirməkdə ittiham olunur. Müdafiə tərəfi Cambul Canaşiyanın polisin nəzarətinə verilməsinə çalışsa da, Basman məhkəməsi biznesmen barəsində həbs qərarı çıxarıb. Canbul Canaşiya iyulun 6-na qədər əsasən “Yaponçik”in qətli ilə bağlı ittihamı rədd edib. Buna baxmayaraq, Basman məhkəməsi onun barəsində 2aylıq həbs qəti imkan tədbiri seçib və bisnesmen Moskvadakı 7 saylı İstintaq Təcridxanasına köçürülüb.

Rusiya İstintaq Komitəsi hələ ki, Canbul Canaşiyanın “Yaponçik”in qətlində hansı rol oynadığını açıqlamayıb. Lakin məlumata görə, biznesmenin Yaponçiklə konfliktəd olan başqa bir “oğru” “Lado” ləqəbli Vladimir Canaşiya ilə əlaqələrinin olduğunu bildirib. Vladimir Canaşiya “Yaponçik”in qətlin əsas fiqurantlardan biri hesab edilir. Elə bu səbəbdən “Yaponçik”in tərəfdarları onun ölümündən sonra Valdimir Canaşiyanı sağ qoymayıb. Fransada yaşamasına baxmayaraq “Lado” iki dəfə sui-qəsdə məruz qalıb. Birincisindən sağ çıxsa da, ikinci sui-qəsddə qətlə yetilib.

“Yaponçik”2009-cu ildə Moskvada “Tyaskiy slon” restoranınadan çıxarkən sui-qəsdə məruz qalıb. Mədəsindən güllə yarası alan “oğru” bir neçə aydan sonra xəstəxanada dünyasını dəyişib.

Onun qətli uzun müddət açılmamış qalıb və bu olay ətrafında xeyli sayda versiyalar irəli sürülüb. Əsas versiya hadisənin kriminal dünyada nüfuz savaşı ilə bağlı olmasıdır.

Müşahidələr göstərir ki, “Yaponçik”in qətli ilə bağlı araşdırmalar da bu istiqamətdə aparılıb. Amma 11 il ərzində hər hansı irəliləyiş əldə olunmayıb. Yalnız bu il fevralın 6-da 3 dəfə məhkumluq həyatı yaşamış Mürtəza Şadaniya həbs olunub.

İstintaqın versiyasına görə, Yaponçikin qətlində istifadə olunan “Draqunov” snayper tüfəngini Moskvaya Şadaniya gətirib. Fevralın sonunda isə daha bir kriminal element – Kaxa Qazzaev istintaqa cəlb edilib. Kaxa Qazzaevin bu məsələdə rolu snayper tüfəngini killerə çatdırmaq və sui-qəsd prosesini müşahidə etməkdən ibarət olub. Aprelin 21-də isə sui-qəsdin təşkilatçısı hesab edilən, hazırda Rusiyadan kənarda yaşayan “Maxo” ləqəbli “oğru” İlya Simoniya barəsində qiyabi həbs qərarı çıxarılıb.

1
Yenisabah.az