“Avatar” filmləri üçün 1 milyard dollar büdcə ayrılıb

DÜNYA
06:56 / 14.05.2020
1138

Dünyaca məşhur rejissor Ceyms Kemeron "Avatar" elmi-fantastik filminin bir neçə sikvelini çəkməyə hazırlaşır.

Rejissor lentə alınacaq filmlər üçün 1 milyard dollar (təxminən 1 milyard 700 milyon manat) büdcə ayrıldığını bildirib.

Kameron qeyd edib ki, “Avatar 2” 2021-ci ilin dekabrında, 3-cü hissəsi isə 2023-cü ildə tamaşaçılara təqdim olunacaq.

Ekran işinin uğur qazanacağı halda 2024 və 2027-ci ildə filmin daha iki bölümü çəkiləcək.

Qeyd edək ki, Ceyms Kemeron hazırda Kaliforniyadakı evində filmin kompyuter qrafikası üzərində çalışır. Pandemiyaya görə təxirə salınan “Avatar 2”nin çəkilişləri yaxın günlərdə Yeni Zellandiyada start götürəcək. Ekran işində Keyt Uinslet, Edi Falko, Una Çaplin və Mişel Yeo kimi aktyorlar çəkiləcək.

0
Axsam.az