İstanbulda rekord isti qeydə alınıb - 109 ilin rekordu təzələndi

DÜNYA
19:30 / 15.05.2020
1682

İstanbulda 1912-2019-cu illərin ilk dörd ayları ilə müqayisədə havanın temperaturu orta hesabla 1,2-3,2 dərəcə artıb. May ayında isə temperatur son 109 ilin rekordunu təzələyərək 31,4 dərəcəyədək yüksəlib.

Bu barədə Türkiyənin Hidrometeorologiya Agentliyindən bildirilib.

Mütəxəssislər tərəfindən bu, Türkiyə ərazisində Şimali Afrikadan gələn isti hava kütləsinin təsiri ilə izah edilir.

Xatırladaq ki, bu iki həftə ərzində ölkə ərazisində havanın temperaturunun 38 dərəcəyədək yüksəlməsi gözlənilir.

0
Xezerxeber.az