Britaniyada ÜDM azalacaq

DÜNYA
11:53 / 10.05.2020
1468

2020-ci ildə Böyük Britaniya­nın ümumi daxili məhsulu (ÜDM) 14 faiz azalacaq. Bu barədə İngiltərə Bankı hesabat ya­yıb.

Bildirilir ki, cari ildə ölkədə işsizlik səviyyəsi 8 faizə qədər artacaq, inflyasiya 0,6 faiz təşkil edəcək. Bank yalnız 2021-ci ildən ölkədə ÜDM-in 15 faiz artacağını bildirib.

Məlumatı “The Guardian” yayıb.

 

0
Xalqqazeti.com