Azərbaycan dünya nəhəngləri ilə eyni siyahıda - Ən zəngin ölkələrin adları açıqlandı

İQTİSADİYYAT
19:44 / 11.09.2020
874

“Global Fire Power” nəşri neft ehtiyatları ilə zəngin ölkələrin siyahısını hazırlayıb.

Siyahıda Azərbaycan da yer alıb.

Neft ehtiyatları ilə zənginliyinə görə Venesuela dünyada birincidir – 300 900 000 000 barel.

Onu 266 500 000 000 barellik bir rəqəmlə Səudiyyə Ərəbistanı izləyir.

İlk üçlüyü Kanada tamamlayır – 169 700 000 000 barel.

Dördüncü yerdə İran qərarlaşıb – 158 400 000 000.

İranla eyni regionda yer alan İraq da siyahıya daxildir – 142 500 000 000 barellə 6-cı pillədə qərarlaşıb.

İlk onluğu Küveyt (101 500 000 000), Birləşmiş Ərəb Əmirlikləri (97 800 000 000) və Rusiya (80 000 000 000) tamamlayır.

Azərbaycan 7 000 000 000 barellik neft ehtiyatı ilə dünya ölkələri sırasında 22-ci pillədə qərarlaşıb..

0
Publika.az