Azərbaycana gəlməli olan yağlar səhvən İrəvana göndərildi - FOTO

İQTİSADİYYAT
16:26 / 05.11.2020
2803

İrəvanın ən böyük ticarət mərkəzlərindən biri olan “Surmalu”da Azərbaycana ixrac üçün nəzərdə tutulan Rusiya istehsalı “Tulçinka” yağları aşkarlanıb.

HİT.Az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Ermənistan Qida Məhsullarının Təhlükəsizliyi üzrə İnspeksiya Orqanının mətbuat xidməti yayıb. Bu məhsulu İrəvana Ermənistanın “Artİmport” şirkətinin idxal etdiyi müəyyən olunub.

Məhsul satışdan tam yığışdırılıb.

Məlumata görə, artıq bu məhsulun Ermənistana necə daxil olmasıyla bağlı şirkətdə yoxlamalara başlanılıb.

1