Gələn il koronavirusla mübarizəyə 261 milyon manat ayrılıb

İQTİSADİYYAT
18:17 / 24.12.2020
669

“Gələn ilin dövlət büdcəsində koronavirus pandemiyası ilə mübarizənin davam etdirilməsi üçün əlavə olaraq 261 milyon manat vəsait ayrılıb”.

HİT.Az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, sosial iqtisadi tədbirlərin davam etdirilməsi, iqtisadi fəallığa dəstək tədbirlərinin həyata keçirilməsi üçün müvafiq olaraq 161 milyon manat və 288 milyon manat vəsait ayrılıb.

0