Azərbaycanda problemli kreditlər azalıb

18:46 / 26.01.2021
785

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il yanvarın 1-nə 893,1 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 3,2 % azdır.

Problemli kreditlər son 1 ildə isə 29,8 % azalıb.

2020-ci ilin sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 6,1 % təşkil edib. Bu nisbət 2019-cu ilin sonuna 8,3 % olub.

0