BNA bu küçələrdə yol nişanlarında dəyişiklik etdi

16:33 / 13.04.2021
1095

Üzeyir Hacıbəyli küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsində yol hərəkətinin təşkilində dəyişikliklər həyata keçirilib.

Bakı Nəqliyyat Agentliyinən (BNA) verilən məlumata görə, nəticədə:

- Üzeyir Hacıbəyli küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsində  Üzeyir Hacıbəyli  küçəsi üzərində sağ zolaqda məcburi sağa əmr edən nişanlanma xətti düzünə və sağa nişanlanma xətti ilə əvəz edilib;

- Üzeyir Hacıbəyli küçəsində zolaqlar üzrə hərəkət trayektoriyası (1.7 nişanlanma xətti) təşkil edilib;

- Svetofor obyektində daimi sağa bölməsi ləğv edilib.

Rəsmi məlumata görə, həyata keçirilmiş dəyişikliklər Ü.Hacıbəyli və Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsində hərəkəti buraxma qabiliyyətini 25% artıracaq.

BNA sürücülərdən dəyişiklikləri nəzərə almalarını və qaydalara riayət etmələrini xahiş edir.

0