Şəhəryanı daşınmaz əmlakın qiyməti necə dəyişəcək?

İQTİSADİYYAT
17:28 / 25.05.2021
1185

MBA Group konsaltinq şirkətinin direktoru, daşınmaz əmlak eksperti Nüsrət İbrahimov Caliber.Az-a paytaxtın ətraf ərazilərindəki fərdi evlərə və torpaq sahələrinə tələbatı və qiymətləri müəyyənləşdirən tendensiyalardan danışıb.

“Ötən ilin yazı ilə müqayisədə 2021-ci ilin may ayına Bakının ətraf ərazilərindəki bağ evləri və fərdi evlərin qiymətləri 10 faiz artdı. Eyni zamanda, torpaq sahələrinin qiymətlərində altı faiz artım var. Çox güman ki, sözügedən göstərici bu günə olan pik hədlərdir və ilin sonuna qədər şəhərəyanı ərazidə azmərtəbəli daşınmaz əmlak və torpaq sahələrinin qiymətində kəskin artım gözlənilmir. Ancaq şübhəsiz ki, bu seqmentdə inflyasiya gözləntiləri çərçivəsində qiymət düzəlişləri mümkündür”, - deyə N.İbrahimov bildirib.

Şəhəryanı ərazidəki daşınmaz əmlaka maraq yalnız pandemiya ilə əlaqəli deyil, həmçinin Bakıdakı çoxmənzilli binalardakı nəzərəçarpacaq dərəcədə qiymət artımı ilə əlaqədardır.
“Buna görə pandemiya zamanı tikinti həcmlərinin azalmasını nəzərə alsaq, yaxın bir neçə ildə paytaxtın daşınmaz əmlaklarında qiymət artımı qaçılmazdır. Bu tendensiyaların davamlılığını nəzərə alaraq çoxmərtəbəli binalarda mənzillərin qiyməti artdıqca xeyli sayda alıcı şəhərətrafı ərazilərdə fərdi evlər almağa və torpaq almağa meyillidir”, - deyə N.İbrahimov bildirib.

Şəhərətrafı azmərtəbəli binalarda kvadrat metrin qiyməti keyfiyyət xüsusiyyətlərinə və yerləşdiyi əraziyə görə fərqlənir. Bina sıx məskunlaşma ərazisindədirsə kvadratmetrə görə qiymətlər 800 manatdan başlayır və fərdi evlər üçün 1200 manata qalxır. Müqayisə üçün qeyd etmək istərdim ki, Bakının özündə mənzillərin orta qiymətləri təqribən iki dəfə yüksəkdir: yeni binalarda qiymətlər kvadrat metr üçün 1600-1700 manat, elit hündürmərtəbəli binalarda isə mənzillərin orta qiyməti kvadrat metr üçün 3500-3600 manat təşkil edir”, - deyə ekspert qeyd edib.

0