Yeni iş yerləri açılacaq - Mikayıl Cabbarov

İQTİSADİYYAT
15:47 / 18.06.2021
1430

Türkiyənin aparıcı şirkətlərindən olan “Zorlu Holding”lə Anlaşma Memorandumu imzalanıb.

HİT.Az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.

O bildirib ki, yeni əməkdaşlıq platforması Azərbaycan iqtisadiyyatının bir sıra sahələrinə, o cümlədən tekstil sənayesinə sərmayə qoyuluşuna, qardaş ölkə ilə iqtisadi əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verəcək:

“Həyata keçiriləcək layihələr müasir texnologiyaların tətbiqinin genişlənməsinə, yeni iş yerlərinin açılmasına əlavə imkanlar yaradacaq”.

 

1