Mərkəzi Bank sığorta sahəsində beynəlxalq əməkdaşlığı davam etdirir

İQTİSADİYYAT
14:39 / 14.07.2021
1168

Azərbaycan Respublikasının Mərkəzi Bankı sığorta sektorunun inkişafı üçün hazırladığı strategiyanın icrasını intensiv rejimdə davam etdirməkdədir. Sektorun inkişafı strategiyasına xidmət edən layihələrin icrası prosesində ən qabaqcıl beynəlxalq təcrübələr öyrənilir, bu məqsədlə beynəlxalq qurumlarla və digər ölkələrin müvafiq sahədə tənzimləyici orqanları ilə əməkdaşlıq edilir.

Hazırda Mərkəzi Bank ilə Dünya Bankı, Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiyasiyasına üzv olan qabaqcıl ölkələrinin nəzarət və tənzimləyici qurumları, habelə Türkiyə Sığortaçılıq İnstitutu Vakfı arasında bir sıra mövzularda texniki yardım və qarşılıqlı təcrübə mübadilələri həyata keçirilməkdədir. Texniki yardım və təcrübə mübadilələri sığorta sektorunda risk əsaslı tənizmləmə və nəzarət, kadr potensialının genişləndirilməsi, sığorta xidmətləri üzrə istehlakçıların hüquqlarının qorunması və digər istiqamətləri əhatə edir.

Bu çərçivədə 26 mart 2021-ci il tarixində Mərkəzi Bank ilə Tükiyə Respublikasının sığorta sahəsində nəzarət və tənzimləyici orqanı olan Türkiyə Sığorta və Xüsusi Pensiyaları Tənzimləmə və Nəzarət Agentliyi (SEDDK) arasında qarşılıqlı əməkdaşlıq haqqında Memorandum da imzalanmışdır. Memorandum çərçivəsində Mərkəzi Bank ilə SEDDK sığorta sektorunda tənzimləmə və nəzarət, sığorta bazarında istehlakçıların müdafiəsi, kadr potensialının inkişafı və s. sahələrdə intensiv əməkdaşlıq istiqamətləri müəyyən edilmişdir.

0