Vergi orqanlarının büdcə öhdəliyi 9 milyard manatdan çox olacaq

İQTİSADİYYAT
19:32 / 08.09.2021
1199

2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin büdcəyə 9 138 milyon manat vəsait köçürəcəyi gözlənilir.

Hit.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 1 980 milyon manatı neft gəlirləri, 7 158 milyon manatı isə qeyri-neft gəlirləri, o cümlədən 308 milyon manatı sosial tədbirlər hesabına formalaşan əlavə gəlirlərlə təmin olunacaq.

0