Avropada qazın qiyməti ilk dəfə olaraq 700 dolları keçdi

22:27 / 09.09.2021
1751

Avropa fyuçers bazarında qazın qiyməti min kubmetr üçün 700 dolları keçib.

Report bu barədə hərrac məlumatlarına istinadən xəbər verir.

Ticarət sessiyasının əvvəlində oktyabr qaz fyuçerslərinin min kubmetri 679 ABŞ dollarına satılıb. Gün ərzində, hətta 669 dollara da düşüb. Günün sonunda isə yanacağın qiyməti 700,2 dollara çatıb.

Bir neçə gündür ki, qazın qiyməti rekord səviyyəyə qalxıb.

0