Bakı metrosunda nasazlıq: Sərnişinlər düşürüldü

İQTİSADİYYAT
09:52 / 10.09.2021
1355

"Həzi Aslanov" istiqamətində hərəkət edən qatar nasazlıq ehtimalı ilə "Ulduz" stansiyasında təlimat tələbinə uyğun olaraq, sərnişinləri düşürdülüb.

"Bakı metropoliteni" QSC-dən HİT.az-a verilən məlumata görə, qatar texniki baxış üçün "Neftçilər" stansiyasında dalan yoluna verilib.

Əvəzinə xəttə ehtiyat qatar verilib. Bu səbəbdən xətlərdə 3-4 dəqiqə arası yubanma olub.

0