7 milyonluq tenderi udan şirkət vergi borcunu vaxtında ödəmir

14:48 / 21.10.2021
1111

Qusar Rayon İcra Hakimiyyətinin keçirdiyi tender müsabiqəsinin qalibi "Şabran-D" MMC olub.

Hit.Az yeniavaz.com-a istinadla xəbər verir ki, Qusar Rayon İcra Hakimiyyətinin sifarişi ilə "Şabran-D" MMC 7 milyon 147 min 850 manata şəhər yollarını əsaslı təmir edəcək.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 10 manat olan "Şabran-D" MMC-nin hüquqi ünvanı “Bakı şəhəri, Nərimanov rayonu, Akad. Həsən Əliyev, ev 92A, m. 1”də yerləşir.
11 min 547 manat 35 qəpik vergi borcu olan "Şabran-D" MMC-ninqanuni təmsilçisi Bədəlov Cəlal Bayram oğludur.

Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.​

1