Azərbaycanda cari ilin yanvar-sentyabr aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı artaraq 723 manat 20 qəpik olub.
HİT.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm ötən ilin müvafiq dövrünə nisbətən 2,3 faiz çoxdur.
Qeyd edək ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2021-ci ilin yanvar-oktyabr aylarında əhalinin gəlirləri nominal ifadədə 2,4 faiz artaraq, 47,3 milyard manat təşkil edib.