"Bakı Taksi Xidməti" MMC-də struktur dəyişikliyi baş verib (YENİLƏNİB)

İQTİSADİYYAT
10:29 / 15.12.2021
1925

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "Bakı Taksi Xidməti" MMC-də struktur dəyişikliklər aparılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, "Bakı Taksi Xidməti" MMC artıq "189 TAXI” şirkəti ilə fəaliyyətini birgə qurmağa başlayıb. 

"Bakı Taksi Xidməti" MMC-nin baş direktoru Fuad Əliyev bu vəzifəsindən kənarlaşdırılıb. 

Qaynarinfo-nun bir neçə mənbədən əldə etdiyi məlumatda "Bakı Taksi Xidməti" MMC-nin baş direktoru əvəzi vəzifəsinə 14.07.2021-ci il tarixində "Yüksəliş” müsabiqəsinin qalibi, "189 TAXI” şirkətinin direktoru 1991-ci il təvəllüdlü Samir Kərimovun gətirildiyi bilidirilib. 

Məsələ ilə bağlı S.Kərimov isə Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiqləməyib: "Mən "189 TAXI” şirkətinin icraçı direktoru vəzifəsində çalışıram. "Bakı Taksi Xidməti" MMC-yə heç bir təyinat almamışam".
 

0