Rusiyaya işləməyə gedənlərin nəzərinə: Qaydalar dəyişdirilir

12:01 / 29.01.2022
1570

Rusiyaya işləmək üçün yollanan insanların sosial-mədəni adaptasiyası istiqamətində iş aparılmalıdır.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib. O, deyib ki, bu məsələ ilə şəxsən Rusiya prezidentinin tapşırığı ilə özü məşğuldur. 

Onun sözlərinə görə, miqrantlar rus dilini bilməli, həmçinin Rusiyanın çoxmillətli mədəniyyəti dərk etməlidirlər. 

“Heç bir ölkə miqrant axını olmadan keçinə bilməz, lakin bu, sivil proses olmalıdır və bununla bağlı problemlər var. Qeyri-qanuni miqrasiya olur, miqrantlar tərəfindən qanun pozuntuları var”, - deyə Təhlükəsizlik Şurasının sədr müavini bildirib.

Dmitri Medvedev pandemiyaya baxmayaraq Rusiyada rəsmi qaydada 7 milyonadək miqrantın çalışdığını bildirib. 

0