ABŞ-da benzin qiymətləri tarixi maksimumu ötdü

İQTİSADİYYAT
19:57 / 08.03.2022
1101

ABŞ-da yanacaqdoldurma məntəqələrində benzinin qiyməti bütün zamanların ən yüksək həddinə çataraq, bir qallon üçün 4,17 dolları (3,785 litr) ötüb.


HİT.az xəbər verir ki, bu barədə 60 000-dən çox yanacaqdoldurma məntəqəsinin qiymətlərini izləyən qeyri-kommersiya Amerika Avtomobil Assosiasiyası (AAA) məlumat yayıb.

CNN-nin məlumatına görə, əvvəlki antirekord 2008-ci ilin iyulunda, ABŞ-ın yanacaqdoldurma məntəqələrində benzinin qiyməti gallon üçün 4,11 dollara çatan zaman qeydə alınıb.

0