Azərbaycanın tədiyyə balansında ötən il 3 milyard dollardan çox qalıq olub

İQTİSADİYYAT
10:03 / 17.03.2022
947

2021-ci ildə Azərbaycanın tədiyyə balansının ümumi qalığı 3 081,4milyon ABŞ dolları təşkil edib. Halbuki, 2020-ci ildə tədiyyə balasında 1 987,7 milyon dollarlıq kəsir yaranmışdı.

Hit.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 8 291,6 milyon dollarlıq qalıq (1 il bundan əvvəl kəsir olub), kapital hesabındakı 4,2 milyon dollarlıq kəsir (43,25% az), maliyyə hesabındakı 5 052,4 milyon dollarlıq kəsir (2,1 dəfə çox), balanslaşdırıcı maddələr üzrə 153,6 milyon dollarlıq kəsir (1 il bundan əvvəl qalıq olub) hesabına formalaşıb.

0