AZAL: "Bakı-Moskva reysləri bərpa edilmir"

İQTİSADİYYAT
14:11 / 02.04.2022
1402

"Azərbaycan Hava Yolları" QSC (AZAL) mayın sonundan Bakıdan Rusiyanın paytaxtı Moskvaya reysləri bərpa edəcəyi ilə bağlı yerli mətbuatda, sosial şəbəkələrdə yayılmış məlumatlarla bağlı açıqlama yayıb.

HİT.az-ın xəbərinə görə, aviaşirkət bəyan edib ki, bu məlumat həqiqətə uyğun deyil.

"Ölkənin aviadaşıyıcılarının reyslər yerinə yetirilməsi haqqında etibarlı məlumatlar AZAL-ın rəsmi resurslarında yerləşdirilir", - deyə qurum bəyan edib.

0