Rublun manata qarşı məzənnəsi MAKSİMUMA ÇATDI

İQTİSADİYYAT
11:41 / 08.04.2022
1644

Bu gün Rusiya rublunun Azərbaycan manatına qarşı məzənnəsi 2,9% artaraq 0,0214 manat (1 manat/46,73 rubl) təşkil edib.

Hit.az bildirir ki, "APA-Economics"in apardığı hesablamalara görə, bu, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin başladığı tarixdən (24 fevral) bəri qeydə alınan ən yüksək göstəricidir. Sonuncu dəfə bundan yüksək rublun məzənnəsi 23 fevral olub – 0,0216 manat (1 manat/46,30 rubl).

Qeyd edək ki, Rusiya Mərkəzi Bankının uçot dərəcəsini 20%-dək artırdığından və Rusiyanın dost olmayan ölkələrin aprelin 1-dən qaz müqavilələrinə görə ödənişi rublla etməli olduqları haqqında açıqlamasından (23 mart) sonra rubl ABŞ dollarına və avroya qarşı möhkəmlənməyə başlayıb. Bundan əlavə, yerli şirkətlərinin xarici valyutaya çıxışını məhdudlaşdırması və xarici valyutada vəsaitin çıxarılmasında məhdudiyyətlər sözügedən artımda öz rolunu oynayıb.

Manatın dollara qarşı məzənnəsinin 1 dollar/1,7 manat səviyyəsində olan sərt bağlılığını nəzərə alaraq, rubl nəticədə manata qarşı da möhkəmlənib.

1