Prezident təqaüdçüsünün ölkədən çıxışına qadağa qoyuldu - SƏBƏB

İQTİSADİYYAT
16:28 / 09.04.2022
1207

Azərbaycanın Əməkdar memarı Afis (Hafiz) Əmirxanovun ölkə hüdudlarından kənara çıxması məhdudlaşdırılıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, dövlətə olan vergi borcunu ödəmədiyi üçün məhkəməyə verilib. Dövlət Vergi Xidmətinin Bakı Kommersiya Məhkəməsində A.Əmirxanova qarşı qaldırdığı iddia təmin olunub.

Məlum olub ki, memarın Dövlət Sosial Müdafiə Fonduna borcu var.

Qeyd edək ki, A.Əmirxanov Əməkdar memar və Prezident təqaüdçüsüdür. O, vaxtilə Memarlar İttifaqının I vitse-prezidenti olub.

0