Azərbaycan nefti UCUZLAŞDI

İQTİSADİYYAT
12:00 / 26.04.2022
944

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti azalıb.

HİT.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 7,57 ABŞ dolları, yaxud 6,9% azalaraq 102,1 ABŞ dollarına düşüb.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

1