Rusiya aviaşirkəti Soçi-Bakı reysi üzrə uçuşlara başladı

20:12 / 10.05.2022
852

Rusiyanın “Azimut” aviaşirkəti Soçidən Azərbaycanın paytaxtı Bakıya uçuşlar həyata keçirməyə başlayıb.

HİT.az aviaşirkətin yaydığı məlumata istinadən xəbər verir ki, uçuşlar həftədə iki dəfə bazar ertəsi və cümə günləri cədvəl üzrə həyata keçirilir.

Soçidən (yerli vaxtla) uçuş saat 01:00-da, Bakıya eniş saat 03:50-də, əks istiqamətdə - Bakıdan uçuş saat 04:20-də, Soçiyə eniş saat 05:20-də yerinə yetirilir.

0