Apreldə hansı məhsullar bahalaşıb? - SİYAHI

19:16 / 13.05.2022
748

Bu ilin aprel ayında Azərbaycanda inflyasiya martda olan 1,1%-lik inflyasiyaya qarşı 1% səviyyəsində qeydə alınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bununla yanaşı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,7%, qeyri-ərzaq mallarının qiymətləri 0,6%, xidmətlərin qiymətləri 0,4% artıb.

2022-ci ilin aprelində inflyasiya 2021-ci ilin aprel ayı ilə müqayisədə 13% təşkil edib.

Apreldə ət və ət məhsulları 0,7%, çörək məhsulları 1,1%, meyvə 2,4%, tərəvəz 6,9%, spirtli içkilər 0,4%, süd məhsulları 0,8%, balıq məhsulları 0,1%, kərə və bitki yağları - 2%, mineral sular, sərinləşdirici içkilər və şirələr - 1,6% bahalaşıb. Aprel ayında yumurta 7,7% ucuzlaşıb.

Aprelin sonuna Azərbaycanda orta illik inflyasiya 12,4% (2022-ci ilin mart ayının sonuna - 12,2%) təşkil edib. O cümlədən, aprel ayının sonuna ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə orta illik inflyasiya 17,4% (o cümlədən qida məhsulları üzrə 17,9%), qeyri-ərzaq məhsulları üzrə 6,4%, ödənişli xidmətlər üzrə 10,2% təşkil edib.

1