İQTİSADİYYAT
21:47 / 29.03.2023
389

Yunanıstan 2,5 milyard avroluq beşillik istiqrazlar buraxıb

Yunanıstan illik 3,92 faizlə 2,5 milyard avroluq beşillik istiqrazlar buraxıb.

Hit.az xəbər verir ki, bu barədə “Kathimerini” qəzeti Dövlət Borclarının İdarəetmə Təşkilatına istinadən məlumat yayıb.

Məlumata görə, Yunanıstan xarici bankları – “BNP Paribas”, “Citi”, “Deutsche Bank”, “Morgan Stanley”, “Nomura” və yerli “Piraeus Bank”ı beş illik istiqrazların yerləşdirilməsi üçün təyin edib və çərşənbə günü onların köməyi ilə 2,5 milyard avro cəlb edib.

Bu, artıq Yunanıstanın bu il xarici maliyyə bazarlarına ikinci çıxışıdır. Daha əvvəl yanvar ayında 3,5 milyard avro dəyərində 4,4 faizlə 10 illik istiqrazların yerləşdirilməsi baş tutmuşdu. Beşillik istiqrazlar üzrə faiz dərəcəsi 3,92% olaraq təyin olunub, halbuki ilkin hədəf beş baza bəndi yüksək idi. Yunanıstanın beşillik istiqrazlarına ümumi tələbat çox yüksək idi və 19,1 milyard avronu keçmişdi.

Beşillik istiqrazlar yerləşdirməklə Yunanıstan hökuməti mayın 21-də keçiriləcək parlament seçkiləri və çox güman ki, iyulun əvvəllərində baş tutacaq seçkilərin ikinci turundan əvvəl “imkanlar pəncərəsi”ndən istifadə etməyə çalışıb. Ekspertlərin fikrincə, bu addım ölkənin qlobal maliyyə bazarlarındakı mövqeyi baxımından müəyyən qeyri-müəyyənlik yaradacaq. Analitiklər hesab edirlər ki, Yunanıstanda yeni hökumət yalnız iyulda “peyda olacaq”, ona görə də Dövlət Borclarının İdarəetmə Təşkilatı yeni istiqrazları məhz indi yerləşdirməyə qərar verib.

0