Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına dövlət Dəstəyi Agentliyi QHT-lər arasında keçirdiyi qrant müsabiqəsinin nəticələrini açıqlayıb.
Valyuta.az yenisabah.az-a istinadən xəbər verir ki, “Qərbi azərbaycanlıların qayıdış konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsinə dair qrant müsabiqəsinin qalibləri arasında tanınmış şəxslər də var.
“Azərbaycan Kinematoqrafçılar İttifaqı” ictimai birliyinin təqdim etdiyi “Qərbi Azərbaycan: Maddi və mənəvi irsimiz” adlı layihə müsabiqənin qalibi olub. QHT Agentliyi Xalq artisti Rasim Balayevin rəhbəri olduğu layihənin icrasına 28 500 manat vəsait ayırıb.