Türkiyəli milyonerin Bakıdakı şirkətinin kassa sənədləri oğurlandı

İQTİSADİYYAT
10:01 / 29.11.2023
284

Türkiyəli milyonerin Bakıdakı şirkətinin kassa sənədləri yoxa çıxıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, "AzAgromila" MMC-yə məxsus ĞİL seriyalı, 156301-dən 156700 nömrəyə qədər olan kassa mədaxil orderi və kassa mədaxil orderinin qəbzi itib.

Buna görə də sözügedən sənədlər etibarsız sayılır.

Qeyd edək ki, "AzAgromila" MMC orqanik gübrə istehsalı üzrə ixtisaslaşmış Azərbaycan və Türkiyə kapitallı şirkətdir. MMC 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 857 000 dollar olar şirkətin rəhbəri türkiyəli iş adamı Ramazan Karaşahindir. 

0