Neft Fondu neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib

İQTİSADİYYAT
20:39 / 16.10.2026
54

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2026-cı ilin oktyabrın 15-dək dövlətin payına düşən karbohidrogenlərin satışından təxminən 4,6 milyard ABŞ dolları xalis gəlir əldə edib.

Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq ARDNF-dən bildirilib.

Fondun məlumatına görə, 2026-cı ildə dövlətin payına düşən karbohidrogenlərin satışından 5,03 milyard ABŞ dolları (8,55 milyard manat) xalis gəlir əldə edilməsi nəzərdə tutulub.

Həmin göstərici üzrə illik plan 91% icra edilib. Bu isə hesablamalara görə, təxminən 4,6 milyard ABŞ dolları və ya 7,8 milyard manat deməkdir.

ARDNF qeyd edib ki, dövlətin mənfəət payına düşən karbohidrogenlərin satışından xalis gəlirlər faktiki satış qiymətləri əsasında, müvafiq satış xərcləri çıxılmaqla formalaşır.

0