Rusiyanın turistləri Azərbaycana yönəlir: "Ölkəmizə maraq göstərirlər" 

İQTİSADİYYAT
15:56 / 01.03.2024
286

"Rusiya-Ukrayna müharibəsi qonşu dövlətlərə də iqtisadi cəhətdən müəyyən mənada təsir etdi".

Bu sözləri Hit.az-a açıqlama verən turizm eksperti Rəhman Quliyev deyib.

O bildirib ki, Rusiyaya gedən turistlərin də sayı kəskin azalıb:

"Rusiya-Ukraynaya müharibəsi başlayandan sonra demək olar ki, həmin ölkələrə turist getmir. Vətəndaşlarımızın ən çox gedib-gəldiyi ölkələrdən biri də Rusiya idi. Lakin Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Azərbaycandan Rusiyaya gedən turistlərin də sayı azaldı.

Bundan başqa, Rusiya vətəndaşlarının da Avropaya gedişində müəyyən məhdudiyyətlər var. Onlar viza almaqda çətinlik çəkirlər. Ona görə də hazırkı statistikalar həm rusların başqa ölkələrə səyahətlərinin, həm də digər ölkə vətəndaşlarının Rusiyaya gedişlərinin azaldığını göstərir".

344904

Rəhman Quliyev onu da vurğulayıb ki, Azərbaycan da müharibədən çıxmasına baxmayaraq turizm göstəriciləri çox yaxşıdır:

"Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Rusiya-Ukrayna müharibəsi ilə bağlı heç bir problem yaşamadıq. Əlbəttə ki, bu da ölkə rəhbərliyinin apardığı uğurlu xarici siyasətinin nəticəsidir. Üstəlik, bu gün Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir.

Əslində Rusiyaya səyahətdə böyük məhdudiyyətlərin olması da turistlərin Azərbaycana yönəlməsinə səbəb olur. Yəni həmin turistlər ölkəmizə gəlməyə maraq göstərirlər. Biz dünyanın heç bir yerində müharibələrin olmasını istəmirik. Amma yaranmış fürsət onu göstərir ki, bu gün Rusiyanın böyük turist kütləsi Azərbaycanı seçir. Onlar ölkəmizə gəlməkdə davam edirlər".

Pərviz

0