Bu il iyulun 1-nə Azərbaycanın dövlət borcu 25 milyard 696,65 milyon manat olub.
HİT.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, borcun 16 milyard 571,9 milyon manatı daxili dövlət borcu, 5 milyard 367,5 milyon ABŞ dolları və yaxud 9 milyard 124,75 milyon manatı isə xarici dövlət borcudur.
Daxili dövlət borcalmasının artırılması, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, dövlət borcunun ortamüddətli və uzunmüddətli gəlirlilik əyrisinin formalaşdırılması və “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi nəticəsində daxili dövlət borcu 17 milyard manata yaxınlaşıb", - deyə məlumatda qeyd olunub.