"Yay aylarında vətəndaşlarımız istirahət üçün xarici ölkələrə də gedirlər".
Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib.
O, vətəndaşlarımızın ən çox hansı ölkələrə üz tutduqları barədə danışıb:
"Hazırda Azərbaycan turistləri üçün ilk yerdə qardaş Türkiyə dayanır. Xüsusən də Antalya, Bodrum, Kəmər, Bələk, Kuşadası və Trabzona gedənlərin sayı çoxdur.
İkinci sırada isə Rusiya gəlir. Vətəndaşlarımız qonşu ölkədəki sanatoriyalara da üz tututlar. Azərbaycandan ən çox turist axını olan üçüncü ölkə isə Gürcüstandır. Vizalarla bağlı çətinliklərə görə isə əvvəlki illərə nisbətən Avropaya gedən turist sayında müəyyən qədər azalma müşahidə olunur".
Ekspert qeyd edib ki, mövsümə uyğun olaraq turistlərin üz tutduqları ölkələr və şəhərlər dəyişə bilir:
"Oktyabr ayından sonra isə istirahətə gedən vətəndaşların Asiya istiqamətinə hərəkət edəcəyi proqnozlaşdırılır. Xüsusilə, Dubay və Dohanı qeyd edə bilərik. Ümumiyyətlə, oktyabrdan aprelə qədər ölkəmizdən Dubay və Doha istiqamətində gediş-gəliş daha da intensivləşir".
Həmsöhbətimiz vətəndaşların maraq göstərdiyi digər yerlərdən də bəhs edib:
"Son zamanlarda Misir və Mərakeşə də maraq artıb. Qış aylarında, xüsusən də Yeni il ərəfəsində İstanbul, Tiflis, Dubay və Doha şəhərlərinə axın daha da çoxalacaq".
Pərviz