Elm və Təhsil Nazirliyinin Təmir-Tikinti Trestinin Giləzi Təsərrüfat Hesablı Təmir-Tikinti Sahəsi külli miqdarda dövlət vergisindən yayınıb.
Hit.az-ın məlumatına görə, Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən aparılan yoxlama zamanı sözügedən quruma nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsinin nəticələri haqqında AKT-a əsasən 21515.80 manat maliyyə sanksiyası tətbiq edilib.
Operativ vergi nəzarəti üzrə - İşlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə işəgötürən arasında əmək müqaviləsinin hüquqi qüvvəyə minməsinə OVN nəticələri haqqında - AKT-a əsasən 10000 manat maliyyə sanksiyası tətbiq olunub.
Bununla belə, Giləzi Təsərrüfat Hesablı Təmir-Tikinti Sahəsinə yenidən pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınması nəticələri haqqında AKT-a əsasən 46116.81 manat maliyyə sanksiyası tətbiq edilib.
Qeyd edək ki, sözügedən dövlət qurumunun qanuni təmsilçisi Nadir Kazımov Məhəmməd oğludur.
Samir