Samir Şərifov daha bir vəzifəsini itirəcək

İQTİSADİYYAT
18:15 / 13.01.2025
71

Yanvarın 10-da maliyyə naziri vəzifəsindən azad edilən Samir Şərifov tutduğu daha bir postu itirəcək.

Modern.az-ın məlumatına görə, o, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri vəzifəsindən azad ediləcək.

Şərifov bu vəzifəni 2021-ci ildən tutur.

Qeyd edək ki, Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edilib və Baş nazirin müavini təyin edilib.

0