Dövlət Vergi Xidməti server üçün əməliyyat yaddaşının satın alınması ilə bağlı keçirdiyi tenderə yekun vurub.
Hit.az xəbər verir ki, tenderin qalibi "Caspel" şirkəti olub.
Qurumla şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 697 312 manatdır.
"Caspel" MMC 2005-ci ildə təsis edilib. 2023-cü ilə qədər şirkətə rəhbərliyi iş adamı Namiq Məmmədov edib. O, eyni zamanda şirkətin ilk qanuni təmsilçisi olub.
Namiq Məmmədovdan sonra isə şirkəti Quliyev Ceyhun Məhi oğlu təmsil edib. Ceyhun Quliyev keçmiş vergilər naziri Fazil Məmmədovun kürəkəni Namiq Quliyevin qardaşıdır.
Namiq Quliyev Fazil Məmmədovun nazir olduğu dövrdə Vergi Cinayətlərinin İbtidai Araşdırma Departamentinin birinci müavini vəzifəsində işləyib.
Bəzi iddialara görə, şirkət əslində Fazil Məmmədova məxsus olub.
2000-2017-ci illərdə Azərbaycanın vergilər naziri vəzifəsində çalışçan Fazil Məmmədov 2022-ci ildə böyrək çatışmazlığından vəfat edib.
Abbas