Azərbaycanda iki dövlət qurumunun ləğvinə başlanıldı

İQTİSADİYYAT
13:49 / 15.01.2025
88

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi və Azərbaycan Dövlət Tərcümə Mərkəzinin ləğv edilməsinə başlanılıb.

HİT.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, hər iki mərkəz kreditorlarına müraciət edib.

Müraciətdə deyilir ki, kreditorlar iki ay ərzində tələblərini paytaxtın Nərimanov rayonu rayonu, Şahin Mustafayev küçəsi, ev 27/121 A, mənzil - ünvanına bildirə bilərlər.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən ilin noyabrında "Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında” Sərəncam imzalayıb.

0