"Azərsilah"a məxsus müəssisə gömrük qaydalarını pozub

İQTİSADİYYAT
17:37 / 22.01.2025
44

 "Azərsilah" Müdafiə Sənayesi Holdinqi QSC-yə məxsus “İqlim Elmi-İstehsalat Müəssisəsi” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Hit.az-ın məlumatına görə, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.

İşə 27.01.2025-ci ildə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi İlham Cəfərzadənin sədrliyi ilə baxılacaq.               

Ramiz

 

 

0