Alça, çiyələk, qarpız, gilas, ərik, şaftalı..
HİT.az xəbər verir ki, mövsümü ayları olan bu meyvələr, hazırda da paytaxt bazarlarının piştaxtalarında alıcılara tədqim olunur.
Qiymətləri də mövsümündəkindən kifayət qədər bahadır. Məsələn alçanın bir kilosu 200-250 manat, gilas 100-120, ərik 50-60, şaftalı 40-50 manatdır.
Alıcılar deyir ki, mövsümi olmayan meyvələr həm çox bahadır, həm də təbii deyil.
Satıcılar isə əksini deyir. Onların sözlərinə görə, qeyri-mövsümi meyvələrə tələbat var. Bu meyvələr ölkəmizə əsasən xaricdən gətirilir.
Ekspertlər isə bu cür meyvələrin daşınması və saxlanması üçün əlavə xərclərin olduğunu, buna görə də qiymətlərin yüksək olduğunu bildirirlər.