İdman zalının inşası ilə bağlı keçirilən 1,6 milyonluq tender niyə ləğv edilib?

İQTİSADİYYAT
21:58 / 13.03.2025
152

Qobustan qəsəbəsində idman zalının tikintisi işlərinin davamının satın alınması bağlı keçirilən tender baş tutmayıb. 

Hit.az xəbər verir ki, müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğuna görə tender ləğv edilib. 

Gənclər və İdman Nazirliyinin elan etdiyi bu tender üzrə satınalma predmetinin ehtimal olunan qiyməti 1 619 799,17 manatdır. 

Abbas 
 

0