AZCON-a yeni departament direktoru təyin edildi

14:23 / 03.12.2025
319

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) yeni təyinat olub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Maqsud Məmmədov AZCON-un Beynəlxalq əməkdaşlıq departamentinə direktor təyin edilib.

O, bundan əvvəl SOCAR Türkiyədə müxtəlif vəzifələrdə çalışıb.
 

0