31 keçiddə liftlər və eskalatorlar yenilənəcək – 20 milyon manat ayrıldı

İQTİSADİYYAT
17:52 / 05.11.2026
42

Bakı Şəhər İcra Hakimiyyətinin “Lifttəmir” İstehsalat Birliyi 2 tender müsabiqəsi elan edib.

Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin biri Bakı şəhərində 19 fərqli ünvanda yerləşən yeraltı və yerüstü piyada keçidlərində quraşdırılmış liftlərin yenilənməsi və əsaslı təmiri, eskalatorların, əlil arabaları üçün platformanın yenisi ilə əvəz edilməsi və inzibati binanın təmiri işlərinin satın alınması ilə bağlıdır.

Bildirilir ki, görüləcək işlər üçün 9 milyon 991 min 530 manat vəsait ayrılıb.

Bundan başqa, Bakı şəhərində 12 fərqli ünvanda yerləşən yeraltı və yerüstü piyada keçidlərində quraşdırılmış liftlərin, eskalatorların, travelatorun və əlil arabaları üçün platformanın yenisi ilə əvəz edilməsi üçün də daha bir tender müsabiqəsi elan edilib.

Bu tender müsabiqəsi üçün ehtimal olunan qiymət 9 milyon 998 min 650 manat təşkil edir.
 

0