Payız mövsümündə qəhvə sevənlər arasında qeyri-adi dad kombinasiyalarına maraq artır. Xüsusilə balqabaq əlavə edilən qəhvə bu mövsümün populyar içkilərindən birinə çevrilir.
HİT.az xəbər verir ki, mütəxəssislər payız aylarında insanların daha çox isti, şirin və rahatlıq hissi yaradan dadlara üstünlük verdiyini bildiriblər.
Qəhvə aparatları istehsal edən şirkətin nümayəndəsi Klaudiya Ayatsın sözlərinə görə, istehlakçılar artıq bütün hallarda eyni növ qəhvəyə üstünlük vermirlər. Onlar fərqli dadlar sınamaq və hər dəfə yeni təəssürat əldə etmək istəyirlər.
Ekspert qeyd edib ki, qəhvə müxtəlif aromatik xüsusiyyətlərə malik olduğu üçün çoxsaylı məhsullarla uyğunlaşır. Bu da içkinin dadını dəyişərək yeni kombinasiyalar yaratmağa imkan verir.
Payız üçün tövsiyə olunan qarışıqlar arasında balqabaq, ağcaqayın siropu və pekan qozu, eləcə də sobada bişmiş alma və darçınla hazırlanan qəhvə xüsusi yer tutur.
Qeyd edək ki, qəhvənin orqanizmə təsiri ilə bağlı araşdırmalar da davam edir. Əvvəlki tədqiqatlarda kofein qəbulundan sonra insanların əhval-ruhiyyəsində təxminən 2,5 saat ərzində yaxşılaşma müşahidə edildiyi bildirilib. Bu təsirin depressiya yaşayan insanlarda da qeydə alındığı vurğulanıb.
Samir


