Bakı şəhəri, Yasamal rayonu, 3148-ci məhəllə, Mirəli Seyidov küçəsi 0,03084 hektar torpaq sahəsində yerləşən 37 C nömrəli qeyri-yaşayış binası hərrac vasitəsilə satışa çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan obyekt 4 mərtəbədən ibarətdir.
Satışa çıxarılan obyektin sahəsi 1 643,6 kvadratmetrdir. 40 otaqdan ibarət olan obyektin ilkin bazar qiyməti 2 milyon 830 min 200 manat olsa da, 2 milyon 405 min 670 manata satışa çıxarılıb.
Məlumat üçün bildirək ki, satışa çıxarılan qeyri-yaşayış binasında “ComfortHotel” adlı otel fəaliyyət göstərir.
Qeyd edək ki, “ComfortHotel”in 2021-ci ildə qeydiyyata alınan “Royal Crovvn Hotel Management” MMC-yə (VÖEN – 1405726361) bağlı olduğu bildirilir. Nizamnamə kapitalı 10 manat olan “Royal Crovvn Hotel Management” MMC-nin qanuni təmsilçisi Pakistan vətəndaşçı olan Nauman Samidir. “Royal Crovvn Hotel Management”in Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Azərbaycan və Özbəkistanda otellər işlətdiyi bildirilir. “ComfortHotel”dən başqa Bakıda yerləşən “ModernHotel” də “Royal Crovvn Hotel Management” tərəfindən işlədilir.





