Azərbaycanlı iş adamı pandemiya şəraitində 4,3 milyard dollar QAZANDI

16:19 / 16.07.2020
1432

Koronavirus pandemiyası dünya iqtisadiyyatına, o cümlədən iş adamlarına ağır maliyyə zərbəsi vursa da, bəzi spesifik sahələrdə ixtisaslaşan zənginlər əksinə, daha çox sərvət toplayıb.

Rusiyanın “Forbes” jurnalı xəbər verir ki, 2020-ci ilin aprel ayı ilə müqayisədə iyul ayında yəni pandemiya şəraitində ən çox sərvət toplayan iş adamlarının adı açıqlanıb.

Siyahıda Azərbaycan əsilli iş adamı, Rusiyanın “Lukoyl” neft şirkətinin sahibi Vahid Ələkbərov 4 ayda sərvətini 4,3 milyard dollar artırıb.

Hazırda onun sərvəti 19,6 milyard dollar təşkil edir. Aprel ayında Vahid Ələkbərovun sərvəti 15,3 milyard təşkil edirdi.

Xatırladaq ki, Vahid Ələkbərov 1950-ci ildə Bakı şəhərində anadan olub.

0
Modern.az