Postlardan keçmək istəyən 270 nəqliyyat vasitəsinin qarşısı alınıb – İcazələri yoxmuş

20:54 / 28.07.2020
1013

Sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 27.07.2020-ci il saat 00:00-dan 28.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 540 nəfər Azərbaycanın İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 65 nəfər olmaqla ümumilikdə 605 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

HİT.Az xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 15-i rayon, 25-i paytaxt istiqamətinə olmaqla 40, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 25-i rayon, 90-ı paytaxt istiqamətinə olmaqla 115, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 75-i rayon, 40-ı paytaxt istiqamətinə olmaqla 115 avtomobil geri qaytarılıb, ümumilikdə 270 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

0