İki azərbaycanlı dost məclisdən sonra Rusiyada öldü, ikisi isə...

HADİSƏ
10:53 / 31.03.2023
584

Azərbaycanlı iki gənc Rusiyada ölüb.

Hit.az xəbər verir ki, "Qafqazinfo"nun məlumatına görə, hadisə ölkənin Tver vilayətində baş verib. Belə ki, Oğuz rayon Padar kənd sakini, 2000-ci il təvəllüdlü Peyman Xanlar oğlu Xəlilov və onun dostları P. Xəlilovun doğum gününü restoranlardan birində qeyd ediblər. Sonra vəziyyətləri pisləşən dostlar xəstəxanaya yerləşdiriliblər. Lakin 23 yaşlı P. Xəlilov və dostu göstərilən bütün müdaxilələrə baxmayaraq vəfat edib. Digər iki şəxsin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Gənclərin qidadan zəhərləndiyi ehtimal olunur.

0