300 polis əməliyyat keçirdi, 8 azərbaycanlı qadın saxlanıldı - FOTO/VİDEO

HADİSƏ
14:03 / 01.12.2023
445
Türkiyənin Mərmərə bölgəsinin Sakarya şəhərində 300 polisin iştirakı ilə keçirilən əməliyyat nəticəsində 8 azərbaycanlı qadın saxlanılıb.
 
Qaynarinfo-nun məlumatına görə, gecə saatlarında şəhərin müxtəlif restoran və barlarda keçirilən əməliyyat zamanı 49 özbək, 8 azərbaycanlı və 4 türkmən əsilli olmaqala ümumilikdə 61 xarici ölkə vətəndaşı olan qadın saxlanılıb. 
 
Şübhəlilər polis bölməsindəki prosedurlardan sonra deportasiya olunmağa başlayıb.
 
Məhkəmənin qərarı ilə azərbaycanlı və digər qadınları fahişəliyə cəlb edən N.A. (66), C.B. (57), C.Ç.K. (35), İ.K. (33) və Z.K. (31) adlı şəxslər həbs edilib. E.D. (45) barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri qərarı çıxarılıb. 
 
0