Kallas Avropanın təhlükəsizliyi ilə bağlı müzakirələri Rusiyanın "tələsi"adlandırdı

DÜNYA
20:56 / 13.11.2026
48

Ukraynada atəşkəs əldə olunmadan Avropanın təhlükəsizlik arxitekturasının müzakirəsinə başlanılmamalıdır. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas belə hesab edir.

HİT.az xəbər verir ki, bu barədə o, “European Pravda” nəşrinə açıqlamasında bildirib.

Kallasın sözlərinə görə, ilk növbədə Ukraynada atəşkəs təmin edilməli, yalnız bundan sonra Avropanın təhlükəsizlik sisteminin gələcəyi ilə bağlı müzakirələr aparılmalıdır.

O, təhlükəsizlik arxitekturası məsələsinin indidən gündəmə gətirilməsinin diqqəti əsas problemdən yayındıra biləcəyini vurğulayıb. Kallas hesab edir ki, bu cür müzakirələrə atəşkəsdən əvvəl başlamaq Rusiyanın Avropa üçün hazırladığı “tələyə” düşmək deməkdir.

Aİ rəsmisi Moskvanın təhlükəsizliklə bağlı narahatlıqlarının əsas gətirilməsini də qəbul etməyib. Onun fikrincə, Ukraynada münaqişəyə başlayan tərəf Rusiyanın özü olduğundan, bu ölkənin təhlükəsizlik narahatlıqları müzakirələrin əsas mövzusuna çevrilməməlidir.

Qeyd edək ki, bundan əvvəl Kallas Rusiya ilə mümkün danışıqlarda Avropa İttifaqını təmsil edə biləcəyini bildirmişdi. O, Rusiyanın onun namizədliyinə etiraz etməsinin Avropa üçün problem olmamalı olduğunu deyərək, hər kəsin öz nümayəndəsini seçmək hüququna malik olduğunu vurğulamışdı.

Samir

0